Logo

Bakının yarısında qaz olmayacaq

Bakının yarısında qaz olmayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bakının Yeni Suraxanı, Sabunçu, Binəqədi, Xəzər, həmçinin Abşeron, Quba, Mingəçevir və Goranboy rayonlarının  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Sfera.az bildirir ki, "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orta təzyiqli qaz kəməri üzərində yeni quraşdırılmış RDUK tipli qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə aprelin 13-də saat 09:00-dan  işlər yekunlaşanadək Suraxanı rayonunun Yeni Suraxanı və Ramanı qəsəbəsində, Sabunçu rayonunun Albalılıq yaşayış massivi, Pirşağı, Nardaran, Bilgəh və Maştağa qəsəbələrində, Binəqədi rayonunun Çiçək yaşayış massivi və Sulutəpə qəsəbəsində, Xəzər rayonunun Şüvəlan, Mərdəkan qəsəbələrində və Xaşa-Xuna bağ massivində, Abşeron rayonunun Müşviqabad və Pirəküşkül qəsəbələrində, Quba rayon mərkəzi və Qırmızı qəsəbəsində, Goranboy rayonunun, həmçinin Mingəçevir şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR