Hikmət Hacıyev: Bu, böyük Vətən müharibəsidir
Kateqoriya məlum deyil
Azərbaycan Respublikasına qarşı müharibə aparılır. Azərbaycan ərazisinə qarşı 30 ildir ki müharibə aparılır.
Sfera.az-ın məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistan işğalçı mövqeyinə son qoyulmalıdır:
"Bu böyük Vətən müharibəsidir. Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub və bu gün də ölkədə qismən səfərbərlik elan edilib. Beynəlxalq hüquqdan istifadə edirik. Amma bunun əksini Ermənistan silahlı qüvvələrində müşahidə edirik".






