Logo

"İlahi canımı niyə almadın?" - Şəhid sevgilisi üçün "yanıb-töküldü"

"İlahi canımı niyə almadın?" - Şəhid sevgilisi üçün "yanıb-töküldü"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qarabağda gedən hərbi əməliyyatlarda qəhrəmancasına şəhid olan olan əsgərimizin sevgilisi ona şeir həsr edib.

BiG.AZ xəbər verir ki, adının açıqlanmasını istəməyən xanım şeiri redaksiyamıza göndərib.

Həmin şeiri olduğu kimi təqdim edirik:

"İlahi canımı niyə almadın?
Kaş mənə bu günü göstərməyəydin. 

Məni sevgilimlə qovuşdurmadın

Bu eşqi qəlbimə göndərməyəydin
Nə amal uğruna yaşayım indi 
Hansı gələcəyin xəyalın qurum
Qəlbimdən elə bir yara almışam 
Çətinki bir daha ayağa durum 

O məni həyata bağlayan səbəb,
O mənim varlığım, göz bəbəyimdi
Bu yalan dünyada yalandır hər şey...

O mənim həyatda tək gerçəyimdi
Biz necə arzular etdik İlahi, 
Heç belə ayrılıq düşünməmişdik.
Sağ ikən tükəndik, bitdik ilahi
Bircə gün bərabər sevinməmişdik. 

Gözümün yaşını tuta bilmirəm,
Xəyal elədikcə olan bitəni.
Deməyin qadın da ağlayarmı heç?

Bu dərdi yaşayan anlayar məni. 
O mənim qəlbimin içində deyil 
O özü sinəmdə ürəyim idi 
Ömrümün sonuna qədər deyəcəm
O mənim yeganə gerçəyim idi...
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR