Logo

Qazax sakini minaya düşdü – YENİLƏNİB

Qazax sakini minaya düşdü – YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Daxili İşlər Nazirliyi (DİN) Qazaxda minaya düşən şəxslə bağlı məlumat yayıb. 
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 9-da Qazax rayonunun Xanlıqlar kəndində, sərhəd zolağının yaxınlığında kənd sakini Kamal Abbasov minaya düşüb. 
Xəstəxanaya yerləşdirilmiş K.Abbasovun sol ayağının topuq hissəsi amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
09:52 (10.04.2016)
Qazaxda 25 yaşlı mülki şəxs minaya düşüb. 
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Abbasov Kamal Elman oğlu yabanı bitki yığmaq üçün düşmənlə təmas xəttinə yaxın əraziyə gedib və orada minaya düşüb. 
O dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. 
Ona dərhal tibbi yardım göstərilib və onun sol ayağı amputasiya olunub.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR