Baş prokurorluqda kadr dəyişikliyi- Onun prokuror oğlu işdən çıxarıldı
Kateqoriya məlum deyil
Baş prokurorluqda növbəti kadr dəyişikliyi baş verib.
Sfera.az Unikal.org-a istinadla xəbər verir ki, Xətai rayon prokurorunun müavini olan Nazim Nizami oğlu Xudiyev baş prokurorun əmri ilə tutduğu vəzifədən çıxarılıb və sərəncama götürülüb.
Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib.
Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir.





