Logo

Azərbaycanın bu iki rayonu ləğv edilir

Azərbaycanın bu iki rayonu ləğv edilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gəncənin Nizami və Kəpəz rayonları ləğv edilərək idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi təklif olunur.

Sfera.az bildirir ki, Gəncə şəhər ərazisinin rayonlara bölünməsi 1980-ci il noyabrın 21-də həyata keçirilib.

Hələ o zamanlar şəhər Kirovabad adlandığından, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə rayonlardan biri Kəpəz, digəri isə şəhərin tarixi adını yaşatmaq üçün Gəncə rayonu adlandırılıb. 1989-cu ildə şəhərin tarixi adı bütövlükdə özünə qaytarıldıqdan sonra Gəncə rayonunun adı 1991-ci ildə Nizami rayonuna dəyişdirilib.

İndi Nizami və Kəpəz rayonlarının ləğv edilərək Gəncə şəhərinin tərkibinə qatılması təklifi sakinlərin də ürəyincədir.

APA TV

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR