Logo

Qobustanda ağır qəza: 1 ölü, 3 yaralı

Qobustanda ağır qəza: 1 ölü, 3 yaralı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qobustanda ölümlə nəticələnən yol qəzası baş verib.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, aprelin 8-də saat 19 radələrində Qobustan şəhərində rayon sakini Elnur Qədimovun idarə etdiyi "VAZ-21214” və Şəki rayon sakini Çingiz Yusifovun idarə etdiyi "Ford” markalı (mikroavtobus) avtomobillər toqquşub. 
Nəticədə E.Qədimov və sərnişinlərindən - azyaşlı oğlu Rahid hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR