Bakının bu küçə və prospektinə giriş bağlanıb – Sürücülərin nəzərinə
Kateqoriya məlum deyil
Paytaxtın Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb.
Sfera.az xəbər verir ki, hazırda avtomobillər eləcə də, müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər.
Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələrini və alternativ yollardan istifadə etməyi xahiş edir.









