Logo

Azərbaycanda 142 nəfər koronavirusa yoluxdu, 3 nəfər vəfat etdi

Azərbaycanda 142 nəfər koronavirusa yoluxdu, 3 nəfər vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib, aktiv xəstə sayı 1 998 nəfərdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR