Logo

Sentyabrdan rayonlara gediş-gəliş açıla bilər - YENİ QAYDALAR...

Sentyabrdan rayonlara gediş-gəliş açıla bilər - YENİ QAYDALAR...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Xarici ölkələrə gedənlər necə test verir, nəticəni öyrəndikdən sonra gedə bilirsə, bu qaydanı rayonlara gediş-gəliş üçün də tətbiq etmək olar”.

Bunu Redaktor.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı bildirib.

Deputatın sözlərinə görə, müəyyən qayda-qanunlar əsasında rayonlara gediş-gəliş bərpa olunmalıdır:

"Pandemiyanın doğurmuş olduğu problemlərin narahatçılığından indi-indi xilas olmağa başlayırıq. Ümid edirik ki, yaxın zamanda tamamilə bu bəladan qurtulacağıq. Bu məsələdə olduqca ölçüb-biçilmiş addımlar atılmalıdır. Düşünürəm ki, müəyyən qayda-qanunlar əsasında rayonlara gediş-gəliş bərpa olunmalıdır. Ciddi şəkildə virusa yoluxmuş bölgələrimiz xaric, digər rayonlara gediş-gəliş açıla bilər. Lakin həmin rayonlara da yalnız qeydiyyatda olan şəxslər buraxılmalıdır".

F. Ağamlı qeyd edib ki, hər mənada ciddi karantin rejiminin tələblərinə; sosial məsafənin qorunması, tibi spirt və maskadan istifadə qaydalarına əməl olunmalıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR