Logo

Şahin Seyidzadə seçicilərilə videoqəbul keçirdi - FOTO

Şahin Seyidzadə seçicilərilə videoqəbul keçirdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Milli Məclisdə təmsil etdiyim 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə bəzi müraciətlər əsasında bu gün 10 seçicimlə videoformatlı qəbul həyata keçirildi”.

Sfera.az xəbər verib ki, bunu millət vəkili Şahin Seyidzadə bildirib:

"Abşeron (Hökməli, Qobu və Saray qəsəbələri) və Qobustan (Ərəbqədim kəndi) rayonlarından daxil olan müraciətlər əsasında seçicilərimlə ətraflı söhbət və fikir mübadiləsi apardıq. Ümumilikdə sosialtəminat, məşğulluq, torpaq, əmlak, infrastruktur, kommunal problemlər, təhsil və sağlamlıq məsələləri üzrə müraciət edən seçicilərimizdən ilkin məlumatlar əldə edilərək, məsələlər təfərrüfatlı araşdırılaraq növbəti addımların atılması üçün müvafiq qeydlər aparıldı”.

Şahin Seyidzadə seçicilərilə videoqəbul keçirdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR