"Rusiya Türkiyə sərhədində yeni aviabaza tikə bilər" - CNN
ABŞ-ın CNN və Fox kanalları Rusiyadakı rəsmi şəxslərə istinadən bildirirlər ki, ola bilsin ki, ruslar Suriyanın şimal-şərqində yeni aviabaza inşa etmək üçün yer seçirlər.
Avropa.info xəbər verir ki, amerikan mediasının iddiasına görə bu addım regiondakı vəziyyəti daha da kəskinləşdirə bilər. Türkiyə ilə sərhəddə yerləşən Əl Qamışlı şəhərində tərk edilmiş aerodroma rusiyalı hərbçi-mühəndis qrupunun gəldiyi müşahidə edilib. Bu obyektin tikilməsindən Ankara da narazı qalacaq. Əl Qamışlı kürdlərin yaşadığı rayonun yaxınlığında yerləşir.
Bənzər situasiya keçən ilin sentyabrında da müşahidə edilmişdi. Rusiya hərbçilərinin texnikasının Suriyaya gəlməsindən öncə ruslar Lazkiyə ətrafında yeni aerodromun tikintisi imkanları ilə bağlı kəşfiyyat aparmışdılar.






