Həbs edilən icra başçısının əmisi oğlu yüksək vəzifədə çalışır

Həbs edilən icra başçısının əmisi oğlu yüksək vəzifədə çalışır
 Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) həbs olunan başçısı Ceyhun Cəfərovun əmisi oğlu Həsən Cəfərov yüksək vəzifədə çalışır.

Sfera.az xəbər verir ki, Həsən Cəfərov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) Aparat rəhbəri, Konfederasiyanın katibidir.

Eyni zamanda, H.Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.

Qeyd edək ki, H.Cəfərov 1956-ci ildə anadan olub. O, 1983-1986-cı illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasında əməyin texniki müfəttişi, 1986-1989-cu illərdə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasında ətraf mühitin mühafizəsi üzrə texniki əmək müfəttişi vəzifəsində çalışıb.

Daha sonra 1989-1990-cı illərdə AHİŞ sədrinin köməkçisi, işlər müdiri, 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdiri, aparat rəhbəri vəzifəsində işləyib.

O, 2006-cı ildən isə AHİK-in katibi-aparat rəhbəridir.

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının və AHİK-in Məclis üzvüdür.

Xatırladaq ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirilib. Əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, başçının birinci müavini Tacəddin Novruzov, Ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlanılıb. Hər üç şəxsə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir RİH-in başçısı vəzifəsindən azad edilib. (report.az)



OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...