Vətəndaşlar xaricdən gətirilən mallara tətbiq edilən yeni limitdən narazıdır - VİDEO

Vətəndaşlar xaricdən gətirilən mallara tətbiq edilən yeni limitdən narazıdır - VİDEO

 

Son günlər sosial şəbəkələrdə və ölkə ictimaiyyətində ən çox müzakirə edilən məsələlərdən biri də xaricdən gömrük ödənişi olmadan poçt və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslər üçün gətirilən mallar üçün nəzərdə tutulan 1000 dollarlıq güzəştli limitin 300 dollara endirilməsi qərarıdır.


APATV-nin məlumatına görə, kimi xaricdən mal gətirmək arzusunun suya düşdüyünü, kimisi də bu qərarın ölkə iqtisadiyyatına fayda verməyəcəyini bildirir. Amma ortada dəyişməyən bir qərar var. Nazirlər Kabinetinin müvafiq qərarına görə, bundan sonra vətəndaşların ölkəyə gömrük ödənişi olmadan gətirdikləri mallara limit tətbiq olunacaq. Yəni bundan sonra bir vətəndaş bir təqvim ayı ərzində gömrük rüsumu ödəmədən xaricdən ölkəyə dəyəri 300 ABŞ dollarından artıq məhsul gətirə bilməyəcək.


Apardığımız sorğudan da məlum oldu ki, vətəndaşlar sözügedən qərardan məmnun deyillər:


 

- Gömrük rüsumlarının qaldırılması təbii ki, ölkədə qiymət artımına səbəb olacaq. Çünki ölkəyə idxal olunan mallar əsasən xarici ölkələrdən, əsasən Türkiyədən, ABŞ-da, Avropa ölkələrindən gəlir. Limitin azaldılması sahibkarla müəyyən qədər ziyan ola bilər. Üstəlik bu qərar vətəndaşlar üçün də qiymət artımına səbəb ola bilər.


- Camaat məhsulları hardansa ucuz tapıb gətirirdi. Onu da əlavə rüsum edirlər. Düzəltmişdilər. Orada qəşəng fiks qiymətlər var idi və camaat öz işlərini ona görə planlaşdırırdı. Elə adamlar var ki, məhsulu artıq sifariş veriblər. İndi məhsulu yeni qərara görə gətizdirə biləcək ki, həmin şəxslər bunu hesaba almamışdılar.


- Alternativ variant yoxdur. Bu qərardan sonra xaricdən hər hansısa bir telefon markasını gətirmək daha baha olacaq. İkinci Türkiyə situasiyası bizi gözləyir. Məsələn Türkiyədə bizim pulla 1000-2000 manatlıq hər hansısa bir telefon 5000-6000 manat dəyərindədir. Hazırda bizdə buna doğru gedirik.

Əvvəlki qaydalara əsasən poçt və ya karqo xidmətindən istifadə edən fiziki şəxslər 30 gün müddətində xaricdən ölkəyə 1000 ABŞ dolları həcmində fərdi istehlak məqsədi ilə məhsullar gətirə bilərdilər. Məsələn əvvəlki dövrdə bir vətəndaş ay ərzində 200 dollar bir, 300 dollar bir, 500 dollar məbləğində 3 ayrı məhsulu sifariş verib ölkəyə gətizdirə bilərdi. Ay tamam olandan sonrada bu göstəricilər silinirdi və vətəndaş bunun üçün hansısa bir rüsum ödəmirdi. Amma yeni qərardan sonra bu mümkün olmayacaq.


Karqo şirkətlərindən də yeni qərarın onlarla yanaşı, vətəndaşlar üçün də müəyyən çətinliklər yaradacağını bildirirlər.


Belə ki, bu vaxta qədər müştərilər üçün 1000 dollarlıq limit var idi və ay ərzində istənilən vaxtda həmin məbləğdə fərqli məhsullar gətizdirmək mümkün idi. Amma indi ay ərzində bu limitdən yalnız bir dəfə istifadə etmək şərti həm müştərilər, həm də karqo şirkətlərində alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olacaq.


Bundan başqa, yeni qərar məhsulun daşınması zamanı da çətinlik yaradacaq.


İqtisadçı ekspert Rəşad Həsənov da sözügedən qərardan sonra müəyyən edilmiş hədlər çərçivəsində iri məhsulların ölkəyə idxalının kifayət qədər çətinlik yaradacağını deyir. Bu da həm müştərilər üçün, həm də karqo şirkətləri üçün bir sıra problemlər yaradacaq: "Yeni qaydalara ayda bir dəfə olmaq şərtinin əlavə edilməsi ilə vətəndaş bu imkanlarını məhdudlaşdırır. Dolayısı ilə siz 300 ABŞ dolları deyil, bir sifariş zamanı 50 və ya 100 dollar dəyərində gətiribsinizsə, bu zaman siz artıq həmin təqvim ayı üçün sizə ayrılmış 300 dollarlıq limitdən istifadə etmiş hesab olunursunuz. Belə olanda siz növbəti güzəştli limitdən istifadə etmə üçün 30 gün gözləməlisiniz”.



 

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...