“Prinsipial mövqeyimiz qarşılığında Rusiya adekvat addımlar atır” — Ekspert

“Prinsipial mövqeyimiz qarşılığında Rusiya adekvat addımlar atır” — Ekspert
 

"Silah-sursatla bağlı məsələlərdə Rusiya bizim əsas tərəfdarımız hesab olunur”.

 

Bunu Demokrat.az-a açıqlamasında informasiya təhlükəsizliyi mütəxəssis İbrahim Rüstəmli deyib. Onun sözlərinə görə, Azərbaycanın ən böyük uğuru onun müstəqilliyi, prinsipiallığıdır:

 

"Rusiya Dağlıq Qarabağ məsələsində həlledici mövqedədir. Cənab Prezidentin də çıxışında gördük, dedi ki, Ermənistan bizimlə təkbətək qalsın. Burada çox güman ki, Rusiya nəzərdə tutulurdu. Üzr istəyirəm, kiminsə qoltuqaltından baxan Paşinyan ağızdolusu "uğur”larından danışır, lakin unudur ki, Ermənistan forpost ölkədir. Azərbaycanın ən böyük uğuru müstəqilliyi, prinsipiallığıdır. Bizim prinsipial mövqeyimiz qarşılığında Rusiya adekvat addımlar atır”. 

 


"Prezident İlham Əliyevin Putindən Ermənistana göndərdiyi silahların hesabatını istəməsi dövlətin xarakterini ortaya qoydu” - deyə İ.Rüstəmli qeyd edib. Ekspert bildirib ki, Rusiya Azərbaycanın ən çox silah aldığı ölkədir:


"Xüsusilə, silah-sursatla bağlı məsələlərdə Rusiya bizim əsas tərəfdaşımızdır. Çünki Rusiya dünyanın əsas silah istehsalçılarından biri hesab olunur. Rusiya-Azərbaycan münasibətlərinin pozulması heç bir tərəfə xeyir verməyəcək. Ona görə də biz münasibətlərdə tarazlığı qorumağa çalışmalıyıq. Cənab Prezidentin Putindən Ermənistana göndərdiyi silahların hesabatını istəməsi dövlətin xarakterini ortaya qoydu. Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimlərindən sonra "Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən "Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının hərbi gəmilərinin Bakıya gəlməsinə pis baxmıram. Lakin Rusiyanın Azərbaycana təsir dairəsini azaltmaq lazımdır. Rusiya ilə münasibətlərdə Azərbaycanın hərbi-siyasi maraqlarının tərəfdarı olsam da, Dağlıq Qarabağ münaqişəsində Rusiyanın mövqeyinin əleyhinəyəm”.


OXŞAR XƏBƏRLƏR

Nadir xəstəliyə tutulmuş qadın sağlam uşaq dünyaya gətirdi

Tez-tez nəfəs darlığı, sürətli ürək döyüntüsü və gözlənilməz hamiləlik xəbərləri - bu hadisələrin hər biri özlüyündə həyatı kökündən dəyişə bilər. Cessika Conso...

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...