Logo

TƏBİB məlumat yaydı

TƏBİB məlumat yaydı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) avqustun 24-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Sfera.az xəbər verir ki, hazırda xəstələrin 181-i reanimasiyadadır. 21 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə 1 803 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, son sutkada daha 152 nəfər COVID-19-a yoluxub, 111 nəfər sağalıb, daha 1 nəfər isə vəfat edib.

Bununla da ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 35 426 nəfərə, sağalanların sayı 33 104 nəfərə vəfat edənlərin sayı isə 519 nəfərə çatıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR