Logo

Ramiz Mehdiyev məzuniyyətə çıxmayıb – AMEA-dan AÇIQLAMA

Ramiz Mehdiyev məzuniyyətə çıxmayıb – AMEA-dan AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün bəzi xəbər saytlarında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məzuniyyətdə olması barədə məlumat yayılıb.

Sfera.az xəbər verir ki, AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin açıqlamasında bu barədə deyilir.

Açıqlamada qeyd edilir: "Bildirmək istəyirik ki, AMEA-nın ictimaiyyətlə və KİV-lə əlaqələrini Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi həyata keçirir və bizim tərəfimizdən bu barədə heç bir rəsmi məlumat yayılmayıb.

Bildiririk ki, akademik Ramiz Mehdiyev məzuniyyətdə deyil və öz iş fəaliyyətini davam etdirir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR