DTX Mədəniyyət Mərkəzindən "Paşam Hey!" Layihəsi - VİDEO

DTX Mədəniyyət Mərkəzindən
Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzi bu ilin iyul ayında Tovuz rayonu istiqamətində Ermənistanla dövlət sərhəddində baş vermiş döyüşlərdə şəhid olmuş hərbiçilərin xatirəsini əbədiləşdirib.
 
Sfera.az xəbər verir ki, döyüşlərdə qəhrəmancasına şəhid olan hərbiçiləri tərənnüm edən "Paşam hey!” adlı musiqili kompozisiya hazırlanıb.
 
Kompozisiyanın ifaçısı keçmiş hərbi diktor, hərbi mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı, bəstəkarı Xalq artisti Faiq Sücəddinov, sözlərin müəllifi isə şair, millət vəkili Musa Uruddur.
 


OXŞAR XƏBƏRLƏR