“Həmin günün yaşanmamasını istərdim” – Pilotun qardaşı

“Həmin günün yaşanmamasını istərdim” – Pilotun qardaşı
 

Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn olunmasından bir il keçir. 

"MediaPost” məlumat verir ki, pilotun cənazəsi ötən il avqustun 21-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb. 

MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev ötən il iyulun 24-də təlim-məşq uçuşu zamanı qəzaya uğrayaraq həlak olub. 

Qardaşının məzarını ziyarət edən Nicat Atakişiyev deyir ki, o günü heç xatırlamaq istəmir və həmin günün həyatında yaşanmamasını istərdi: 

"O günü heç xatırlamaq istəmirəm. Həmin günün ümumiyyətlə, heç yaşanmamasını istərdim”.

Qeyd edək ki, pilotun nəşi ötən il avqustun 20-də dənizdən tapılaraq çıxarılıb. 


OXŞAR XƏBƏRLƏR