“General Polad Həşimov xatirələrdə” kitabı nəşr olunub - FOTOLAR

“General Polad Həşimov xatirələrdə” kitabı nəşr olunub - FOTOLAR
 

"Bu kitab mərhum general Polad Həşimova həsr olunan hələ ki, yeganə sanballı kitabdır”.

Bunu "MediaPost”a açıqlamasında "Hədəf Nəşrləri”nin direktoru Səbuhi Şahmursoy deyib. 

Kitabda Polad Həşimovun anası Səmayə xanımdan, qardaşı İlham bəydən, bacısı Kəmalə xanımdan, həyat yoldaşı Ofeliya xanımdan, qızı Aybəniz xanımdan götürülən müsahibələr də yer alır

O bildirib ki, "General Polad Həşimov xatirələrdə” kitabı üzərində böyük bir komanda çalışıb:

"Xatirə ədəbiyyatı” silsiləsinin 52-ci kitabı olan "General Polad Həşimov xatirələrdə” kitabı "Hədəf Nəşrləri” və "XAN” nəşriyyatının ortaq layihəsidir. Əlbəttə ki, bu kitabda xatirəsinin nəşr olunmasını istəyən şəxslər çox idi, çünki şəhid generalımızın uzun müddətlik xidmət dövründə kifayət qədər zabit yoldaşları, əsgərləri və ümumiyyətlə, tanışları çox olub. Amma biz kitaba təkrar faktlar əks olunan yazıların bədii cəhətdən ən sanballısını seçib daxil etdik. Kitabda "Polad Həşimov fotolarda” adlı bölmə var ki, orada generalımızın uşaqlıq illərindən tutmuş, həyatının müxtəlif anlarında çəkilmiş fotolar yer alıb. Mərhum generalımızın yaxınları, ailə üzvləri ilə də əlaqə saxladıq, onlardan prosesin xeyrinə tövsiyələr aldıq. Eyni zamanda, kitabda Polad Həşimovun anası Səmayə xanımdan, qardaşı İlham bəydən, bacısı Kəmalə xanımdan, həyat yoldaşı Ofeliya xanımdan, qızı Aybəniz xanımdan götürdüyümüz müsahibələr də yer alır. Ümumiyyətlə, bu kitab mərhum general Polad Həşimova həsr olunan hələ ki, yeganə sanballı kitabdır. Oxucular bu kitab vasitəsi ilə Azərbaycanın mərd oğlu, həqiqi cəsarət etalonu Polad Həşimovu daha yaxından tanıyacaqlar”.

S. Şahmursoyun sözlərinə görə, "General Polad Həşimov xatirələrdə” kitabının ilk 2000 tirajlıq nəşri pulsuz paylanılacaq:

"Kitabın hədiyyə kimi paylanılması şərtlərini tezliklə əhatəli şəkildə mətbuatda açıqlayacağıq. Əlbəttə, 2000 tiraj bütün Azərbaycan üçün çox kiçik rəqəmdir və sözsüz ki, hər kəsə kitab çatmayacaq. Amma biz çalışacağıq ki, kitab maksimum fərqli auditoriyaları əhatə etsin. Sıravi oxucular kitabı kitabevim.az mağazası vasitəsilə əldə edə biləcək”. 


OXŞAR XƏBƏRLƏR

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...

Sulu qar yağacaq – Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.   Bu barədə&n...

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə,  Abşeron ya...