Logo

Qazaxıstandan daha 73 nəfər ölkəmizə yola salındı

Qazaxıstandan daha 73 nəfər ölkəmizə yola salındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Sfera.az xəbər verir ki, COVID-19 infeksiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalan daha 73 vətəndaş ölkəmizə yola salınıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Həsən Əliyev” (3 nəfər), "Merkuri” (34) və "Professor Gül” (36 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 infeksiyası ilə bağlı testdən keçiblər.

Bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından ümumilikdə gəmi ilə 389 nəfər artıq vətənə göndərilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR