Logo

Bir sıra rayonlarda qaz təchizatı dayandırılıb

Bir sıra rayonlarda qaz təchizatı dayandırılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Bu gün Qaz İxrac İdarəsinin balansında olan diametri 720/325 mm olan yüksək təzyiqli "Yevlax-Naxçıvan” magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin mövcud şəbəkəyə birləşdirilməsi, yerüstü kranın quraşdırılması və aşkar olunmuş sızmanın ləğvi işləri icra olunur.

Bu barədə Sfera.az-a "Azəriqaz"dan məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Fizuli rayonlarında və Yevlax rayonun 9 kəndində qaz təchizatı dayandırılıb.

Qaz təchizatının bərpası avqustun 21-nə planlaşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR