Logo

Yeniyetmələrdən Polad Həşimovla bağlı QÜRURVERİCİ ADDIM

Yeniyetmələrdən Polad Həşimovla bağlı QÜRURVERİCİ ADDIM
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda Yasamal rayonu ərazisində yerləşən "Sovetski" kimi tanınan məhəllədəki uşaqlar ibrətamiz addım atıblar.

Sfera.az "qaynar xətt"inə daxil olan məlumata görə, uşaqlar öz təşəbbüsləri və pulları ilə şəhid generalımız Polad Həşimova sevgilərini ifadə etmək məqsədilə onun şəklini böyüdərək divara asıblar.

Şəhid generalımıza sevgini təcəssüm etdirən şəklin hazırlamasında azyaşlıların pulları çatmasa da, onlara bu işdə yaxınlıqdakı mağaza sahibi dəstək olub.

Qeyd edək ki, Çingiz Mustafayev küçəsi ilə Zərgərpalan döngəsinin kəsişməsində şəhid Polad Həşimovun asılmış şəkli Sovetski gənclərinə ibrət xarakteri daşıyacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR