Vahid Əhmədov: “Strateji sahələrin özəlləşdirilməsinə getmək olmaz”

Vahid Əhmədov: “Strateji sahələrin özəlləşdirilməsinə getmək olmaz”
 

Azərbaycanda son günlərin gündəm mövzularından biri də dövlət şirkətlərinin alternativ maliyyə mənbələri hesabına maliyyələşdirilməsidir. Bunlardan biri yerli banklar hesabına sərfəli şərtlərlə ucuz kreditlərin cəlb edilməsidir. Digər və daha çox üzərində dayanılan alternativ isə dövlət şirkətlərinin özəlləşdirilməsidir. 

Bəs, Azərbaycanda dövlət şirkətlərinin özəlləşdirilməsi nə dərəcədə realdır və bu addımın hansı təsirləri ola bilər?

"Az əhəmiyyətli təşkilatlar özəlləşdirilməlidir”

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov "MediaPost”a bildirib ki, dövlət şirkətlərinin özəlləşdirilməsi çoxdan müzakirə mövzusudur: "Büdcədən hansısa şirkətə kifayət qədər vəsait ayrılır, ona zəmanətlə kreditlər verilir, amma bu vəsaitin effektivliyi olmur. Bu şirkətlərin özəlləşdirilməsi hazırda daha məqsədəuyğundur. Belə ki, bu zaman şirkətlər özləri kreditlər götürə, buna görə öhdəlik daşıya və dövlət büdcəsindən asılı olmaya bilər”. 

V.Əhmədov hesab edir ki, dövlət üçün əhəmiyyətli sahələri saxlanmaqla büdcədən maliyyələşən az əhəmiyyətli sahələri özəlləşdirməyə çıxarmaq olar: "Azərbaycanda şirkətlərdə, nazirliklərdə müəyyən sahələr var ki, özəlləşdirilməlidir. Bu təşkilatların niyə dövlətdən vəsait alması, dövlətin nəzarətində olmasına aydınlıq gətirilməlidir”.

"Dövlət təşkilatlarının özəlləşdirilməsi İnvestisiya Holdinqinin səlahiyyətlərindən asılı olacaq”

Millət vəkili hesab edir ki, dövlət qurumlarının özəlləşməsi həmin təşkilatlarda gedən struktur dəyişikliklərindən asılı olacaq: "Hansı struktur dəyişikliklərinə gediləcəyi, İnvestisiya Holdinqinə səlahiyyətləri daxilində veriləcək imkanlardan asılı olacaq”.    

"Müəssisə özəlləşdirilərsə, işçiləri ixtisar etməsi qadağandır” 

V.Əhmədov özəlləşmənin özü ilə gətirəcəyi mənfi tendensiyalardan biri kimi işçilərin kütləvi ixtisarı məsələsinə də toxunub. O, bildirib ki, istənilən özəlləşmə prosesində ixtisarlara gedilir, lakin bu halların maksimum az olmasına diqqət yetirilməlidir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanuna əsasən müəssisənin özəlləşdirmə planı təsdiq edildiyi andan əmək kollektivinin strukturunun və ştat cədvəlinin dəyişdirilməsi, işçilərin ixtisarı qadağandır: "Müəyyən müddətdə, yəni 3-5 il ərzində özəlləşən müəssisələr profilinə uyğun olaraq fəaliyyətini davam etdirməli və işçilərini saxlamalıdır. Bizdə təəssüf ki, buna əməl etmirlər”. 

V.Əhmədov qeyd edib ki, strateji sahələrin özəlləşdirilməsinə getmək olmaz: "Elə sahələr var ki, dövlətin nəzarətində olmalıdır. Məsələn, dəmiryolunu bu strateji sahələrə aid etmək olar. Ona görə də, bu sahədə özəlləşdirilmə məsələsinə ehtiyatla yanaşmaq lazımdır”. 


OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...

Əməkdar artist VƏFAT ETDİ

Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.   Qrebeşkova m...

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.   S...