Logo

Erməni generalın arzuolunan “fala baxma qabiliyyəti”

Erməni generalın arzuolunan “fala baxma qabiliyyəti”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

… və ya Cəlal müəllimin hərbi hissəyə səyahəti

Sfera.az  məlumat verir ki, avqustun 17-də qondarma Dağlıq Qarabağ Respublikasının "Özünümüdafiə ordusunun” illik döyüş hazırlığı planına əsasən, ikinci yarımillik hazırlıq dövrü başladı. Bu münasibətlə "Dağlıq Qarabağ Respublikasının müdafiə naziri, Özünümüdafiə ordusunun komandanı” general-mayor Cəlal Arutyunyan cənub-şərq istiqamətində yerləşən hərbi hissələrin birini ziyarət edib.

Şəxsi heyəti yeni tədris dövrü ilə bağlı təbrik edən general onlara döyüş hazırlığında uğurlar arzulayıb. Yaxşı olardı ki, adının mənası "qorxusuz, iradəli, igid” olan, azərbaycanlı adı daşıyan işğalçı ordunun "komandanı” Cəlal müəllimin fala baxmaq qabiliyyəti olardı. Bu halda o, tabeliyində olanların nə qədər sağ qalma müddətləri olduğunu da açıqlayardı. Çünki tarix işğalçı dövlətlərin ordularının ömrünün qısa olduğunu göstərir. Ümid edirik ki, işğalçı ordunun döyüş hazırlığında tarix fənni də tədris edilir.  (mediapost)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR