Logo

Yeni dünya reytinqi - Azərbaycanın yeri

Yeni dünya reytinqi - Azərbaycanın yeri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

FİFA dünya yığmalarının növbəti reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 22 pillə geriləyib.

Hazırda 269 xala malik yığma 134-cü mövqedədir. Belə geriliyə martın 26-da keçirilmiş yoldaşlıq görüşündə Qazaxıstana 0:1 hesablı məğlubiyyət ciddi təsir edib. Əvəzində rəqib bu qələbə və Gürcüstanla səfər matçındakı 1:1 hesablı heç-heçə sayəsində 9 pillə irəliləyərək, 300 xalla 116-cı mövqedə qərarlaşıb. Halbuki ötən ay məhz Azərbaycan millisi bu qədər xala malik idi.

Qeyd edək ki, növbəti reytinq siyahısı mayın 5-də açıqlanacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR