İri ticarət mərkəzləri nə zaman açılacaq? - RƏSMİ
Kateqoriya məlum deyil
Hazırda iri ticarət mərkəzlərinin açılması ilə bağlı müzakirə yoxdur.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, hazırda bu sahədə qiymətləndirmə aparılır:
"Bu barədə növbəti vaxtlarda qərar qəbul ediləcək".






