93 ailəyə məxsus torpaq sahələri özlərinə qaytarıldı

93 ailəyə məxsus torpaq sahələri özlərinə qaytarıldı
 
"Biz bir daha əmin olduq ki, görülən bütün işlərdə vətəndaşların hüquqlarının qorunması Sizin ardıcıl siyasətinizin əsasını təşkil edir".
 
Bu sözlər Məmmədli kəndinin sakinləri tərəfindən Prezident İlham Əliyeva ünvanlanan təşəkkür məktubunda yazılıb. Təşəkkür məktubunun yazılma səbəbindən danışacam, ama əvvəlcə qısa bir qeyd vermək istəyirəm.

2007-ci ilin may ayının 2-də Prezident İlham Əliyev "Yanardağ " dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında və qoruq ərazisində hər hansı tikinti işlərinin aparılmasına yol verilməməsi üçün təxirəsalınmaz tədbirlər görülməsinə dair tapşırıq verilmişdir.

2008-ci ilin sentyabrın 22-də isə "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədləri müəyyən edildi. Bu Qoruq ərazisinə düşən bütün özəl mülkiyyətlərlə bağlı alqı-satqı, tikinti və.s fəaliyyətlərin dondurulmasına səbəb olmuşdur. 2008-ci ildə təsdiq edilən xəritədə qoruğun ərazisi 64 hektar müəyyən edilmişdir. Nəticədə 93 özəl mülkiyyətin düşdüyü qoruq ərazisində vətəndaşlara məxsus torpaqlarda tikinti və alqı-satqı işləri dayandırılmış və bu da 2007-ci ildən bəri həmin vətəndaşların narazılığına səbəb olmuşdur.

Dövlət Turizm Agentliyi tərəfindən aparılan təhlillərin nəticəsində aydınlaşdırılmışdır ki, Qoruğun sərhədləri onun təbii və mədəni irsinin mühafizəsinin təşkili üçün zəruri olan ərazidən daha böyük ərazini əhatə edir. Həmin sərhədlər daxilində yerləşən torpaqlar vətəndaşların xüsusi mülkiyyətindədir və lakin həmin şəxslər öz mülkiyyət hüquqlarını həyata keçirə bilmirdilər.

Bununla bağlı Qoruğun sərhədləri daxilində yerləşən xüsusi mülkiyyətdə olan torpaqların dövlət ehtiyacları üçün alınması zərurəti yaranmış, bu isə dövlət büdcəsi üçün yüksək məbləğdə əsassız əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olmaq ehtimalı yaratmışdı.

Qoruğa məxsus mədəni və təbii irsin mühafizəsi və təbliği üçün kifayət edəcək daha kiçik ölçüdə torpaq sahələrini əhatə edən yeni sərhədlərin müəyyən edilməsinə ehtiyacın yaranmasını nəzərə alaraq, mövcud sərhədlərin ləğv edilməklə "Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yeni sərhədi və mühafizə zonasını əks etdirən xəritə layihəsi hazırlanmışdır.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev REAL TV-yə danışdı.

Beləliklə vətəndaşlara məxsus, torpağlar onlara qaytarıldı və uzun illərdi kənd sakinlərini narahat edən problem öz həllini tapdı.(Real Tv)
 



OXŞAR XƏBƏRLƏR

Bakıda 29 yaşlı gənc dəm qazından boğuldu

Bakıda 29 yaşlı gənc dəm qazından boğulub.   Sfera.az-ın  məlumatına görə, 1996-cı il təvəllüdlü Şahruz Tapdıqov yaşadığı evində dəm qazınd...

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan hökumətindəki mən...

Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağlayır

Hindistan hava məkanını bütün Pakistan təyyarələri üçün bağlayıb.   Sfera.az xəbər verir ki, bu haqda NOTAM aviasiya bildirişində məlumat verilib. ...

Xalq rəssamı Rafiz İsmayılov vəfat etdi

Görkəmli kino və dekor rəssamı, Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.   Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat v...

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...