İsmayıllıda kafe və avtobuslara kitab rəfləri yerləşdirilib

İsmayıllıda kafe və avtobuslara  kitab rəfləri yerləşdirilib
 

İnsanların vaxtlarının çox hissəsini sosial şəbəkələrdə, internet klublarda keçirdiyi bir vaxtda onları kitab oxumağa yönləndirmək məqsədi ilə "Kitablar hər yerdə” adlı yeni layihəyə start verilib. Bu məqsədlə gənclər oxumuş olduqları kitablardan və rayonun yerli qəzeti olan "İsmayıllı Xəbərləri” qəzetindən ibarət kiçik kitab rəfləri hazırlayıblar.

Rəflər rayon mərkəzində gənclərin və müxtəlif yaş kateqoriyasında olan insanların mütəmadi olaraq istifadə etdiyi kafe və çay evlərinə, eləcə də rayon mərkəzindən 35 km və daha artıq məsafədə yerləşən kəndlərə gedən avtobuslara yerləşdirilib.

 

Bununla da layihə təkcə rayon mərkəzində deyil, 20-dən çox kənd və qəsəbədə yaşayan 32 mindən çox insanı əhatə etmiş olacaq.

 

Qeyd edək ki, layihə davamlı şəkildə icra olunacaq və digər kafe və marşrut xətlərini əhatə edəcək.

 

Əziz gənclər, siz də oxumuş olduğunuz kitabları İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinə təqdim edərək layihəyə dəstək ola bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində "AzSamand" markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nətic...

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Bir sıra vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərracda satışa çıxarılacaq.   Əmlak Məsələləri Dövlət Xidmətindən Sfera.az-a verilən məl...

Qiyməti əl yandıran göycə nə vaxt ucuzlaşacaq?

Göycə Naxçıvanda ən sevilən meyvələrdən biridir.   Adını yetişməmiş dərildiyinə görə alan meyvənin qiyməti satışa yeni təqdim edildiyi üçün hazırda ə...

53 şagird qidadan zəhərləndi - Türkiyədə

Türkiyədə 53 şagird qidadan zəhərlənib.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir şəhərinin Kayapınar rayonundakı Gül...

Dəmrov olan hissəyə molla duası….- Biabırçılıq+VİDEO

Azərbaycanda uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar.   Sfera.az  xəbər verir ki, bununla bağlı görüntüləri həkim-pedia...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a "Azəriq...