Tovuzda həyəcan siqnalı - Xüsusi çevik dəstə göndərildi

Tovuzda həyəcan siqnalı - Xüsusi çevik dəstə göndərildi
 Avqustun 12-də saat 15:45-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Tovuz şəhəri, Xəqani küçəsi ev 8 mənzil 26-da zirzəmidə mərminin tapılması barədə məlumat daxil olub.

Sfera.az xəbər verir ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan (boş) 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 12 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

OXŞAR XƏBƏRLƏR

“Whatsapp” DƏLƏDUZLARI – Məlumatlarınız belə ƏLƏ KEÇİRİLİR

Sosial şəbəkələrdə yeni hakkerlər peyda olub. İnsanlardan pul tələb edərək güya əlaqə nömrəsi ilə istənilən şəxsin Whatsappını 1 aylıq izləyə bilirlər...

Mayora hücum edən idmançıların həbsi uzandı

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti yenidə...

“Trendyol” dəyəri yüksək olan sifarişləri pulsuz çatdıracaq - Məbləğ açıqlandı

Türkiyənin aparıcı e-ticarət platforması olan "Trendyol" 50 manat və ondan yuxarı məbləğdə olan sifarişlər üçün Azərbaycana çatdırılma xərclərini ləğv...

127 taksi sürücüsü imtahandan kəsildi

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı təşkil edib.   DİM-dən...

85 minə yaxın uşaq 1-ci sinfə yerləşdirilib - MÜTDA

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. &n...

Günayın bu sürprizi Zauru təəccübləndirdi - VİDEO

Teleaparıcı Günay Baxşəliyeva efirdə həyat yoldaşına sürpriz edib.   Sfera.az xəbər verir ki, o, Zaur Baxşəliyevi təəccübləndirib.  ...