Paytaxtda 74 yaşlı qadının cəsədi aşkarlanıb
Kateqoriya məlum deyil
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1942-ci il təvəllüdlü Dilarə Hüseyn qızı Əkbərovanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 23:09-da başa çatıb.






