“Erməni mətbuatında məyusluq hiss olunmaqdadır”

“Erməni mətbuatında məyusluq hiss olunmaqdadır”
 

"Bu təlimlər düşmən qüvvəyə ciddi psixoloji mesajdır”.

Bunu "MediaPost”a açıqlamasında "Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri, tədqiqatçı Əkrəm Bəydəmirli deyib. 

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Ordumuzun hərbi-texniki sahədə inkişafına, yeni biliklərin qazanılmasına səbəb olur: 

"Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş təlimlərinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Təbii ki, Türkiyənin hərb sistemi kifayət qədər inkişaf edib. Ona görə də təcrübə mübadiləsi baxımından, Türkiyənin hərb sistemindən öyrəniləsi məqamlar çoxdur. Belə təlimlərin davamlı və uzunmüddətli olmasının tərəfdarıyam”.

Ə. Bəydəmirli bildirib ki, hər iki ölkənin silahlı qüvvələri taktiki təlimlərlə yüksək nəticələr əldə edib:

"Bu təlimlərdən hər iki ölkənin hərbçilərinin yetərincə faydalandığını düşünmək olar. Sevindirici haldır ki, təlimlər müsbət əhval-ruhiyyə yaradıb. Bu, bir daha onu göstərir ki, pandemiyaya baxmayaraq, Ordumuz taktiki təlimlərini davam etdirir. Təlimlərin gedişində Azərbaycan Ordusunun silahlanmasında olan müasir silah-sistemlərinin tətbiqi metodları təkmilləşdirilir, döyüşün aparılmasında taktiki üsullar işlənilir. Digər tərəfdən, bu təlimlər düşmən qüvvəyə ciddi psixoloji mesajdır. Artıq erməni mətbuatında bu məyusluq hiss olunmaqdadır”.

Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir.
Bu mərhələdə Quru Qoşunlarının bölmələri mürəkkəb taktiki elementləri məşq ediblər.

Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın bu rayonlarında zəlzələ riski çox azdır - SİYAHI

Son günlər Türkiyənin müxtəlif bölgələrində baş verən ardıcıl zəlzələlər bir daha Cənubi Qafqazda, o cümlədən Azərbaycanda da seysmik təhlükəsizlik məsələsini g...

Maşınınızda bu aksesuarlar varsa, çıxarın - CƏRİMƏSİ VAR

Hətta sayrışan işıq görünüşlü salfet qutularına belə tələbat böyükdür.   Maraqlıdır, qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoakse...

Qurban Qurbanovun təbrik etmədiyi Bəhlul Mustafazadə “Qəbələ”yə keçir? – Klubdan AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Sabah”la oyundan sonra futbolçuları çempionluq münasibəti ilə təbrik edərkən Bəhlul Mustafaz...

Bakıda arvadı tərəfindən döyülən kişi xəstəxanalıq oldu

Bakının Nərimanov rayonu ərazisində kişi həyat yoldaşı tərəfindən döyülüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisənin ailə münaqişə...

İmtahanların vaxı dəyişdi - DİM məlumat yaydı

İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 4-də və daha sonrakı tarixlərdə, eləcə də, iyun, iyul, avqust ...

İlham Əliyev yük maşınının sükanı arxasında – FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodu...