Deputatdan təkər yığan gənclərə dəstək - FOTO
Sfera.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Elnur Allahverdiyev qeyd edib ki, bu nəcib iş torpaqlarımızın azad olunması prosesində yüzlərlə döyüşçümüzü yağı düşmənin gülləsindən qoruyacaq:
"Gənclərdən biri - Piriyev Nurlan bizimlə əlaqə saxlayıb, aksiyaya qoşulmağımızı istədi. Biz də qoşulduq. Dostu Elnur Əliyev bu təşəbbüsün müəllifidir, sosial şəbəkələrdən çağırış edib və tezliklə olublar 35 nəfər. 35 qəhrəman. İsti havada dayanmadan işlərini görür, indiyədək cəbhə bölgəsinə 65 TIR təkər göndəriblər. Onları yemək və su ilə polis əməkdaşlarımız təmin edir. Həkimlərimiz hər gün baş çəkib sağlamlıqları ilə maraqlanırlar. Artıq nə demək olar? Sizin kimi övladları olan Vətən işğal altında qalarmı? Əsla!
Dostlar, imkanı olanları gənclərimizə dəstək verməyə səsləyirik. Hər şey Vətən üçün! Hər şey Əsgər üçün! Biz birlikdə güclüyük".






