Bu il Məhərrəmlik mərasimləri keçiriləcəkmi? - AÇIQLAMA

Bu il Məhərrəmlik mərasimləri keçiriləcəkmi? - AÇIQLAMA
 
Gələn həftə, avqustun 21-də Məhərrəm ayı başlayır.
 
Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u Aşura günüdür.

Hər il Aşura günü müsəlmanlar məscidlərə gedərək bəzi dini ayinləri yerinə yetirir və qanvermə aksiyalarında iştirak edir.

Lakin bu il bütün dünyada, eləcə də Azərbaycanda koronavirus pandemiyası davam edir və bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə fəaliyyət göstərən məscidlər bağlanıb, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Maraqlıdır, belə bir durumda bu il üçün Məhərrəmlik mərasimləri keçiriləcəkmi?

Bu gündən etibarən sərt karantin rejimi ilə bağlı bəzi yumşalmalar edilsə də, məscidlərin açılması gündəm mövzusu olmadı. Hətta Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Qərargahın brifinqində çıxışı zamanı  məscidlərin açılması məsələsinin hələlik müzakirə olunmadığını deyib: "Bu il xüsusi ildir. Əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə "Report”a açıqlamasında bildirib ki, Məhərrəmlik mərasimlərinin hansısa formada keçirilib-kiçirilməməsi məsələsi hələ müzakirə olunur:

"Müzakirələrin yekununda videokonfrans formatında görüş keçiriləcək və qərar qəbul edilərək ictimaiyyətə açıqlanacaq”.

Xatırladaq ki, bu il COVID-19-a görə məscidlər açıq olmadığından iyulun 31-də Qurban bayramı namazı məscidlərdə qılınmadı.

Məlumat üçün bildirək ki, sentyabrın 19-da başlayacaq Səfər ayı oktyabrın 19-da başa çatacaq.


OXŞAR XƏBƏRLƏR

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.   Sfera.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 y...

Bu 4 bürcə ŞAD XƏBƏR - Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhələyə qədəm qoyacaq.   Sfera.az xəbər verir ki, astroloq Kateryna Solovio...

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır- VİDEO

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır. &n...

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.   Sfera.az birja məlumatlarına istinadən xəbər ...

Kamaləddin Qafarov: “Azərbaycan-İran əməkdaşlığı regional sülhə böyük töhfə verir”

“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri həm ölkələrimiz arasındakı əlaqələrin inkişa...