Azərbaycanda 1 həftəyə koronavirus belə azalıb

Cəmiyyət
14:35 / 10.08.2020
1813
Son bir həftədə Azərbaycanda COVID-19-a gündəlik yoluxma sayında azalma müşahidə olunur...
Son bir həftədə Azərbaycanda COVID-19-a gündəlik yoluxma sayında azalma müşahidə olunur.
Sfera.az xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi infoqrafika yayıb.
Qeyd olunub ki, avqustun 3-də qeydə alınan yoluxma sayı 241 olubsa, avqustun 9-da bu rəqəm 87-yə düşüb.
Xatırladaq ki, bu gün üçün ölkədə 2 714 aktiv koronavirus xəstəsi var.
Bu günə qədər isə koronavirusa yoluxanların sayı 33 568 nəfər təşkil edib ki, onlardan 30 364 nəfəri artıq sağalıb. Ümumilikdə 490 nəfər dünyasını dəyişib.