Bu gündən daha bir qadağa tətbiq edilir - OPERATİV QƏRARGAH

Bu gündən daha bir qadağa tətbiq edilir - OPERATİV QƏRARGAH
 

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək BakıCəlilabadGəncəMasallıMingəçevirSumqayıtYevlax şəhərləri və Abşeron, BərdəGoranboyGöygölXaçmazSalyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti də avqustun 31-dək dayandırılıb.


OXŞAR XƏBƏRLƏR