TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: "Payıza qədər..."

TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama:
 
"Gündəlik yolxumların azalması ilə əlaqədar tədricən yumşaldılmalara gediləcək. Ancaq bu, insanlarda arxayınlıq yaratmamalıdır”. 

Sfera.az xəbər verir ki, bunu "Mediapost”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O, yumşaldılmaların davamlı olması üçün insanları koronavirusla bağlı göstərişlərə əməl etməyə çağırıb:

"Biz daha əvvəllər də gördük ki, insanlar arxayın olduğu zaman xəstəliyə yoluxma sayı yenidən yüksələ bilər. Bundan sonra da yumşaldılmaların tədricən olacağı bir məqamda insanlar ehtiyatı əldən verməməlidir. Əgər yenə bu, ciddiyə alınmasa, xəstələrin sayının təkrar artımı müşahidə oluna bilər”. 

Qurum rəsmisi yoluxmalarda müsbət tendensiyanın bundan sonra da davam edəcəyini bildirib:

"İnsanlar daha da ehtiyatlı olmağa başlayıblar. Artıq əhalinin böyük bir qismi yoluxub. Bu baxımdan düşünmürəm ki, bundan sonra yoluxmalar artsa belə, 500-600 civarında olsun. İndi yaşadığımız dövr qədər pik yoluxma olacağını zənn etmirəm. İnsanlar daha da ehtiyatlıdırlar və qayda-qanuna daha çox riayət edirlər. Ən azından əvvəlki dövrə baxdığımız zaman bu faiz nisbəti müsbətdir. Çünki hər kəsin ətrafında virusa yoluxan xəstəxanada yatan və təəssüf ki, bu virusdan rəhmətə gedən oldu”.

V.Əliyevin sözlərinə görə, gedişat belə olarsa, payıza doğru tədricən karantin rejimindən çıxa biləcəyik:

"Yumşaldılmalar insanların necə davranmasından asılı olacaq. Say azalmağa davam edərsə, tədricən karantin rejimindən çıxacağıq. Onsuz da sərt karantin rejimi uzun müddət davam edə bilməz. Zamanla bu azaldılacaq. Çox güman ki, müvafiq qurumlar tərəfindən vəziyyət dəyərləndirildikdən sonra rayonlararası gediş-gəlişlə bağlı qərar veriləcək. Fikrimcə, müsbət tendensiya davam edəcəyi təqdirdə payıza doğru karantin rejimindən tədricən çıxacağıq”.

OXŞAR XƏBƏRLƏR

May ayında 11 gün İŞ OLMAYACAQ

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən may ayında xüsusi günlərə görə 2 gün qeyri-iş günü olacaq.   Sfera.az xəbər veri...

“Whatsapp” DƏLƏDUZLARI – Məlumatlarınız belə ƏLƏ KEÇİRİLİR

Sosial şəbəkələrdə yeni hakkerlər peyda olub. İnsanlardan pul tələb edərək güya əlaqə nömrəsi ilə istənilən şəxsin Whatsappını 1 aylıq izləyə bilirlər...

Mayora hücum edən idmançıların həbsi uzandı

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti yenidə...

“Trendyol” dəyəri yüksək olan sifarişləri pulsuz çatdıracaq - Məbləğ açıqlandı

Türkiyənin aparıcı e-ticarət platforması olan "Trendyol" 50 manat və ondan yuxarı məbləğdə olan sifarişlər üçün Azərbaycana çatdırılma xərclərini ləğv...

127 taksi sürücüsü imtahandan kəsildi

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı təşkil edib.   DİM-dən...

85 minə yaxın uşaq 1-ci sinfə yerləşdirilib - MÜTDA

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. &n...