DYP-dən rayonlara getmək istəyən şəxslərə XƏBƏRDARLIQ

DYP-dən rayonlara getmək istəyən şəxslərə XƏBƏRDARLIQ
 Son günlər şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, "icaze.e-gov.az” portalı vasitəsi ilə tərk etmək sisteminin 5 avqust 2020-ci il tarixdən ləğv edilməsi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan, lakin respublikanın müxtəlif rayonlarında daimi qeydiyyatda olan şəxslər məzuniyyətə çıxmalarını əsas gətirərək bu inzibati ərazilərdən çıxmağa çalışırlar.

Bu barədə Sfera.az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

DYP bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayona giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması ilə bağlı məhdudiyyətlər qüvvədə olduğu üçün qeydiyyat yerindən asılı olmayaraq həmin inzibati ərazilərdə yaşayan şəxslərin digər şəhər və rayonlara getmələrinə icazə verilmir: "Bu səbəbdən hərəkət iştirakşılarından xahiş olunur ki, müvafiq ezamiyyə vərəqələri verilmiş və ya "icaze.e-gov.az” portalına barəsində 5 avqust 2020-ci il tarixindən sonra respublikanın digər şəhər və rayonlarına getməsi ilə əlaqədar icazə verilməsi barədə məlumatlar daxil edilmiş şəxslər, habelə müvafiq icazə əsasında yaxın qohumunun dəfnində iştirak etmək halları istisna olmaqla digər şəxslər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan çıxaraq ayrı-ayrı istiqamətlərə getmək məqsədilə yola çıxmasınlar. Çünki bir daha qeyd edirik ki, qeydiyyat yerindən asılı olmayaraq heç kim sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu ərazidən respublikanın digər şəhər və rayonlara buraxılmayacaq və həmin şəxslər xüsusi karantin postlarından geri qaytarılacaqlar".

OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a "Azəriq...

Birinci siniflərə şagird qəbuluna başlanılır

Sabah saat 11:00- dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.   S...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həb...

“AQA Şirkətlər Qrupu": "Gənc qızların təhsilini dəstəkləməyə davam edirik"

"AQA Şirkətlər Qrupu” gənc və istedadlı qızlar üçün könüllü şəkildə təsis etdiyi təqaüdlərin gecikməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatla...

Azərbaycanda ən çox tələb olunan 5 peşə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiy...

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.   Sfera...