190 manatın bu şəxslərə verilməsi dayandırıldı - RƏSMİ

190 manatın bu şəxslərə verilməsi dayandırıldı - RƏSMİ
 

"Ölkə üzrə təxminən 13 min insanın 190 manatlıq birdəfəlik ödəmədən sonra yenidən bu dəstəkdən yararlanması ləğv edilib" 

 
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, onlardan 3 minində müxtəlif gəlir mənbələri aşkar edilmişdi: "Sosial şəbəkələrdə haqlarında məlumat yayılan ödəmə alan şəxslər həmin ay üçün ödənişi almışdılar, çünki bu onların haqqı idi. Ancaq növbəti aylardan bu dəstək dayandırıldı". 

S.Babayev qeyd edib ki, ödəmə verilməsi dayandırılan daha 10 min insan da olub: "Bura həm də iş yeri taparaq əmək müqaviləsi imzalayan daxildir. Çünki ödənişi alandan sonrakı aylarda ictimai iş yeri tapanlar üçün ödəmə dayandırıldı. Başqa tərəfdən isə SMS icazə sistemi aktivləşəndən sonra qeyri-leqal işdə çalışanlar məcbur əmək müqaviləsi imzalamalı oldular. Bununla da 10 min insan əmək müqaviləsi səbəbindən birdəfəlik ödəmədən kənarlaşdırılıb".(report)


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank" əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak etdilər

"Kapital Bank" əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. ...

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.   Sfera.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 y...

Bu 4 bürcə ŞAD XƏBƏR - Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhələyə qədəm qoyacaq.   Sfera.az xəbər verir ki, astroloq Kateryna Solovio...

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır- VİDEO

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır. &n...

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.   Sfera.az birja məlumatlarına istinadən xəbər ...