Baş nazir qərarda dəyişiklik etdi
Sfera.az xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”n 1.1. 2-ci hissənin adında "fəaliyyətinin məqsədi və” sözləri "fəaliyyət” sözü ilə əvəz edilib;
1.2. 2.1-ci bənd ləğv edilib;
1.3. 4.3.1-ci, 4.3.2-ci və 4.3.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilib:
"4.3.1. peşə təhsili müəssisəsinin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.3.2. idarəetmə orqanlarının yaradılması;
4.3.4. peşə təhsili müəssisəsinin strukturunun, işçilərinin say həddinin və əməkhaqlarının (o cümlədən, əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;”;
1.4. aşağıdakı məzmunda 4.3.2-1-ci və 4.3.6-1-ci yarımbəndlər əlavə edilib:
"4.3.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi (peşə təhsili müəssisəsinin direktoru və direktor müavinlərinin təyin edilməsi istisna olmaqla);
4.3.6-1. "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;”;
1.5. 4.3.7-ci yarımbənddən "barədə təklif verilməsi” sözləri çıxarılıb;
1.6. 4.7.12-ci yarımbənddə "vəzifə maaşlarının, vəzifə maaşlarına” sözləri "əməkhaqlarının, əməkhaqlarına” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 may tarixli 224 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 958) ilə təsdiq edilmiş "Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:
2.1. 2-ci hissənin adında "fəaliyyətinin məqsədi və” sözləri "fəaliyyət” sözü ilə əvəz edilib;
2.2. 2.1-ci bənd ləğv edilib;
2.3. 4.3.1-ci, 4.3.2-ci və 4.3.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilib:
"4.3.1. peşə təhsili müəssisəsinin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.3.2. idarəetmə orqanlarının yaradılması;
4.3.4. peşə təhsili müəssisəsinin strukturunun, işçilərinin say həddinin və əməkhaqlarının (o cümlədən, əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;”;
2.4. aşağıdakı məzmunda 4.3.2-1-ci və 4.3.6-1-ci yarımbəndlər əlavə edilib:
"4.3.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi (peşə təhsili müəssisəsinin direktoru və direktor müavinlərinin təyin edilməsi istisna olmaqla);
4.3.6-1. "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;”;
2.5. 4.10.10-cu yarımbənddə "vəzifə maaşlarının, vəzifə maaşlarına” sözləri "əməkhaqlarının, əməkhaqlarına” sözləri ilə əvəz edilib.






