Logo

“Azərsu” tender elan edib

“Azərsu” tender elan edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında” ölkə prezidentinin 29 mart 2016-cı il tarixli sərəncamından irəli gələn vəzifələrin icrasına başlanılıb.
"Azərsu” ASC-nin Mətbuat Xidmətindən "Qafqazinfo”ya daxil olan məlumata görə, qurum əhali qrupu istehlakçılarının smart tipli suölçən cihazlarla təmin edilməsi məqsədilə tender elan edib.
Sərəncama əsasən, əhali qrupu istehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentin ehtiyat fondundan "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılıb. Tenderin şərtlərinə görə, sayğaclar Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda quraşdırılacaq. Ümumilikdə sayğaclaşma işləri 36052 həyət, 13948 bina evi üzrə aparılacaq. Sayğacların quraşdırılması işlərinin 2016-cı ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR