Logo

​Futbol azarkeşləri əsgərlərə dəstək oldu

​Futbol azarkeşləri əsgərlərə dəstək oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün metronun "Elmlər Akademiyası” stansiyasının qarşısında futbol komandalarının fan-klublarının iştirakı ilə son günlər cəbhə xəttində şəhid olanların ruhuna ehtiram və Azərbaycan ordusuna dəstək məqsədilə aksiyası keçirilib. 
Sfera.az xəbər verir ki, "Report”un məlumatına görə, aksiyaya 2 mindən artıq azarkeş qoşulub.
Birlik nümayiş etdirənlər sırasında "Neftçi”, "Qarabağ”, "Xəzər Lənkəran”, "Kəpəz”, "Qəbələ”, "Bakı” azarkeşləri və Azərbaycan komandalarını avrokuboklarda dəstəkləyən fan-klublar yer alıb. Aksiya dövlət himninin səsləndirilməsi ilə başlayıb. Müxtəlif şüarlar səsləndirən azarkeşlər Şəhidlər xiyabanına üz tutublar.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR