Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA

Avqustun 3-ü səhərədək olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, düşən yağıntının miqdarı Zaqatalada 36 mm, Şəki, Sarıbaşda (Qax) 33 mm, Kişçayda (Şəki) 32 mm, Tərtər, Qəbələdə 24 mm, Oğuzda 23 mm, İsmayıllıda 20 mm, Mingəçevirdə 19 mm, Şahdağda 18 mm, Ağdamda 14 mm, Balakəndə 10 mm, Göyçay, Qusarda 12 mm, Daşkəsən, Gədəbəy, Lerikdə 7 mm, Qrız, Tovuzda 6 mm, Quba, Naftalanda 5 mm, Şahbuz, Mərəzə, Bərdə, Astarada 4 mm, Ağdərə, Göygöl, Gəncə, Xaltan, Zərdabda 3 mm, Ağstafa, Altıağac, Şamaxı, Ceyrançöl, Lənkəran, Kürdəmir, Beyləqanda 2 mm, Sumqayıt, Bakı, Naxçıvan, Sədərək, Şəmkir, Sabirabad, Yardımlı, Şabranda 1 mm olub.