“Elmlər Akademiyası” stansiyasında eskalatorlar dəyişdirilir

“Elmlər Akademiyası” stansiyasında eskalatorlar dəyişdirilir

 

"Elmlər Akademiyası” stansiyasının birinci vestibülü aprelin 15-dən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq.

Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəriNəsimi Paşayev bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi üçün tərtib olunmuş tədbirlər planının 2.4 bəndinə uyğun olaraq metropolitenin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub.

"Elmlər Akademiyası” stansiyasının birinci vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün Sərəncama əsasən müvafiq qaydada dəyişdirilməlidir. Bunun üçün stansiyanın 1-ci vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır.

Bütün bunları nəzərə alaraq, "Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, "Elmlər Akademiyası” stansiyasının I vestibülü 15.04.2016-cı il tarixindən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (BDU tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

"Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.


OXŞAR XƏBƏRLƏR

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır

Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı "Depozit lotereyası" davam edir. Şərtlərə ə...

Qəbələdə iki nəfərin ölüm faktı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Bununla bağlı Sfera.az-a rayon prokurorluğundan məlumat v...

"Proses sülh müqaviləsinin bağlanmasından sonrakı mərhələyə saxlanılıb" - Politoloq

“Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər sülh müqaviləsindən çıxarılıb”.   Bunu Sfera.az-a poli...

"Bu bina və evlərə elektrik enerjisi güzəştlə verilsin" - MM-də TƏKLİF

“Qaz infrastrukturu olmayan bina və evlərə elektrik enerjisi verilməsində güzəşt tətbiq olunsun”.   Sfera.az xəbər verir ki, bunu Milli M...