Logo

İcra başçısı: Ermənilərin təxribatı nəticəsində mülki əhalidən 1 nəfər ölüb

İcra başçısı: Ermənilərin təxribatı nəticəsində mülki əhalidən 1 nəfər ölüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Aprelin 2-dən 5-dək cəbhə xəttində erməni hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində 1 nəfər mülki şəxs həlak olub.
Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısının sözlərinə görə, həmin şəxs ermənilərin atdığı mərminin məscidə düşməsi nəticəsində həlak olub: "Mərmi rayonun Əhmədağalılar kəndindəki məscidə düşüb və orada olan kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahlar oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Erməni təxribatı nəticəsində Ağdam rayonundan 7 mülki şəxs isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib".
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR