Logo

Avqustun 1-i saat 00:00-dan... DİQQƏT!

Avqustun 1-i saat 00:00-dan... DİQQƏT!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sərt karantin rejiminin sərtləşdirildiyi ərazilərdə ictimai nəqliyyatın fəaliyyətinə ikigünlük məhdudiyyət tətbiq olunacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazilərində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunur.

Qeyd edək ki, həftəsonu ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağa taksi fəaliyyətinə aid deyil.

Xatırladaq ki, qeyd olunan şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək davam edəcək. Həftəsonu - 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR