Logo

DTX-nın həbs etdiyi generalın yerinə o təyin olundu - FOTO

DTX-nın həbs etdiyi generalın yerinə o təyin olundu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Xəbər verdiyimiz kimi, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Nağıyev 13 may 2020-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib. 

Sfera.az  xəbər verir ki, "MediaPost”un əldə etdiyi məlumata görə, general-leytenant Əfqan Nağıyev bu ilin fevral ayından DSX Sahil Mühafizəsi xidməti rəisi vəzifəsindən azad olunduqdan sonra, onun yerinə Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi general-mayor Elşən Verdiyev təyin olunub. 

Xudat sərhəd dəstəsinin rəisi Aqil Babayev vəzifəsindən azad olunaraq, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib. 

DSX-nin mətbuat katibi Rövşən Cahangirov "MediaPost”un sorğusuna cavab olaraq təyinatları təsdiqləyib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR