Logo

Rus kəşfiyyatçıları Türkiyə sərhədində

Rus kəşfiyyatçıları Türkiyə sərhədində
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Suriyanın Türkiyə sərhədində yeni hərbi hava bazası qurur.

Publika.az bildirir ki, bu barədə ABŞ-ın "Fox News" telekanalı yazıb.

Məlumata görə, bir qrup rus əsgəri uzun müddətdir Türkiyə-Suriya sərhədində Qamışlı deyilən ərazidə yerləşib.

PYD-nin nəzarətində olan Qamışlı ərazisinin ətraf bölgələri Əsəd güclərinin əlindədir. Amerikanın yüksək rütbəli hərbçiləri hesab edirlər ki, Qamışlıdakı rus əsgərləri hərbi hava bazasının yaradılması üçün ərazini yoxlayırlar.

Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumatda Rusiyanın 2 yanvar 2016-cı il tarixində Qamışlı, Derik və Dirbesiyedə 3 kəşfiyyat şöbəsi qurduğu və bu şöbələrdə 28 kəşfiyyat əməkdaşı yerləşdirdiyi bildirilirdi. Digər bir məlumata görə, ruslar Qamışlıda Bəşər Əsəd rejiminin nəzarətində olan hərbi hava bazasının yaxınlığında 85 nəfərlik bir kəşfiyyat bazası qurub. Rusların bölgədəki təhlükəsizliyini isə PYD təmin edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR