Avrora Nefçalada aztəminatlı ailələri sevindirib - FOTOLAR
Kateqoriya məlum deyil
Avrora
Qrup sosial məsuliyyət
proqramına uyğun olaraq Qurban bayramı ilə əlaqədar Neftçala rayonunda yardım
aksiyası keçirib. Hal-hazırda Neftçala rayonunda yaşanan su problemini nəzərə
alaraq Avrora şirkəti rayonun Kürkənd, Mayak 2, Həsənabad, Xıllı, Qədimkənd,
Tatarməhlə, Qaralı, Qaramanlı, Astanlı kəndlərində ərzaq bağlamaları və qurban
payı ilə yanaşı içməli su yardımı da edib.
Yardım aksiyası zamanı ərzaq paketləri Neftçala rayonunda fəaliyyət göstərən UGEXxeyriyyə fondunda qeydiyyatda olan aztəminatlı və kimsəsiz ailələrə, fondun əməkdaşları ilə birlikdə çatdırılıb.
Qeyd edək ki, Avrora şirkətidaima müxtəlif xeyriyyə təşkilatları və ictimai birliklərlə yardım aksiyaları həyata keçirir.






