Mirvari Qəhrəmanlı yenə cığallıq edir

Cəmiyyət
16:50 / 28.07.2020
2465
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı öz ampluasındadır: ötən həftə (iyulun 23-də) 74 yaşı tamam olmuş Mirvari xanım ömrünün ahıl çağında yenə cığallıq edir. Bu dəfə o, SOCAR-dan elə formada şikayətlənib ki, qərəzli yanaşması göz deşir. O, iyuıun 28-də SOCAR-ın onlayn keçirilən keçirilən tədbirinə dəvət edilibmiş. Lakin təşkilat sədri İKT-nin insanlara bəxş etdiyi fürsətdən düzgün faydalana bilməyib, yəni nəticədə tədbirə onlayn qaydada qoşulmağı bacarmayıb. Nəticədə feysbukda status yazaraq SOCAR-dan şikayətlənib. Keçmiş komsomolçu deputat müvafiq aplikasiya və ya öz telefonundan şikayətlənsəydi onu hardasa başa düşmək olardı. Amma SOCAR-ın günahı nədir?
Əslində M. Qəhrəmanlının cavabını onun feysbuk dostları verib, özü də sıravi insanlar yox. Məsələn, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov şərh bölümün Mirvari xanıma problemin SOCAR-la bağlı omadığını izah edib: "Səni qoşmağa çalışırlar. O proqramı yükləmək asandır. Niyə qoşula bilmədin? Sual vermək lazımdır.
Mən sadəcə qulaq asıram. İstəyirsən narazılığını deyim. Amma problem sənin kompüterindədir. Bu ayrı proqramdır. Nə zoom deyil, nə də ənənəvi qoşulduğumuz digərləri”.
Növbəti şərhdə S. Məmmədov M. Qəhrəmanlının tədbirə qoşula bilməməklə bağlı problemini SOCAR-a çatdırdığını deyir. Amma məlum olur ki, Mirvari xanım telefona cavab vermir: "Dedim sənin problemini. Müzakirə gedir. Deyirlər telefona cavab vermir.
Məndən xahiş elədilər ki, telefona cavab versin, Asifin telefonu vasitəsi ilə iştirak etsin. Heç kimə cavab vermirsən axı. Xalik müəllim də xahiş etdi ki, telefona cavab verəsən. Ayrı link göndəriblər. Dedilər ona da qoşulmur. Hər halda sənin olmağını istəyir hamı. Düzü yerin görünür. Gərək qoşulardın”.
Bu zaman M. Qəhrəmanlı S. Məmmədova əsəbiləşir. S. Məmmədov da əsəbin səbəbini anlamadığını bildirir.
SOCAR-ın keçirdiyi həmin tədbirin digər iştirakçısı Niyaməddin Orduxanlı da M. Qəhrəmanlının "probleminə” toxunur: "Mirvari xanım, videokonfransa məni də dəvət etmişdilər. Çox asanlıqla qoşuldum. Sahib Məmmədov dərhal sizin qoşula bilməməyinizi Xalik müəllimin diqqətinə çatdırdı. O da sizin qoşulmağınızla bağlı bir daha cəhd olunmasını tapşırdı. Həmçinin də bildirdi ki, Mirvari xanım QHT rəhbəri kimi hər zaman SOCAR fəaliyyətini diqqətdə saxlayır və onun yazdığı məlumatlar əsasında araşdırmalar da aparılır. Özü də çox maraqlı idi ki, siz tədbirə qatıla biləsiniz. Asif Bəkirli öz telefonu ilə sizin mobilinizə zəng etdi və sizi telefonla qoşmaq istədi. Siz telefona cavab vermədiniz. Bütün bunlar konfans iştirakçilarının gözü qarşısında baş verirdi. Hətta mən də çıxışımda sizin qatıla bilməməyinizdən təəssüfləndiyimi və növbəti görüşdə iştirakınızın vacibliyini qeyd etdim. Təəssüf”.
Sonra tədbirin digər iştirakçıları da tədbirin getdiyi vaxtda "qoşula bilməmək” mövzusuna toxunur, israr edirlər. Şərhlərdən görünür ki, Mirvari xanım nə telefon cavab verir, nə də tədbirə qoşulmaq niyyətindədir. Bəs görəsən bu hikkənin səbəbi nədir?
Səbəbi M. Qəhrəmanlının illərdir ölkənin dövlət neft şirkətinə - SOCAR-a qarşı apardığı "mübarizə”də, bu şirkətə göstərdiyi münasibətdə axtarsaq sualın həm də ritorik olduğunu görmək olar.
Son illərdəki bütün fəaliyyət və yaradıcılığını SOCAR-a qarşı qərəzli münasibət göstəməyə həsr edən bu qadının sanki həyatında başqa heç nə yoxdur. Mətbuata verdiyi müsahibələrində, sosial şəbəkələrdə yazdığı statuslarında yalnız kin-kidurət yağan M. Qəhrəmanlı əslində fəaliyyət göstərdiyi sahəni də monopoliyaya götürüb. Yəqin buna görədir ki, onun təşkilatında özündən başqa "parlayan” mütəxəssis demək olar yoxdur. Siz müdrik olacaq yaşınıza çoxdan gəlmisiniz Mirvari xanım, bir az ədalətli və bir qədər də səmimi olun. Axı siz özünüz də vaxtiylə neft-qaz sahəsində çalışmısınız. Ona görə də sahənin nə qədər ağır və çətin olduğunu gözəl bilirsiniz. Özü də indiki pandemiya şəraitində onları işi daha ağırdır. Özünüzü çoxsaylı fədakar insanların yerinə qoyun, bu qədər insanın zəhmətini yerə vurmağa səy göstərməyin. Cığallıq etməyin.